Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırıb - Sərəncam
27.08.2026 - 15:51
Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırıb - Sərəncam

Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.