
Bu gün Premyer Liqada XXXII turun növbəti matçları keçiriləcək.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.
Qəbələdə eyniadlı komanda "Kəpəz"i qəbul edəcək. Autsayderlərin duelində elitanı tərk edəcək komanda müəyyənləşə bilər. "Qəbələ" xal itkisi ilə üzləşsə, son pilləni tərk etmək şansını itirəcək. "Kəpəz"ə I Liqaya yuvarlanmaq təhlükəsindən qurtulmaq üçün heç-heçə də kifayətdir.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
15:30. "Qəbələ" - "Kəpəz" 0:1
Qol: Martins Junior, 7
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ. Şəhər stadionu
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...