
“Neftçi” futbol klubu 2024/25 mövsümü üçün yeni heyət qurmaq istəyir. Komandanın baş məşqçisi Samir Abasov artıq indidən yayda yeni komandanın formalaşdırılması üçün hazırlıqlara başlayıb. Bunun üçün transfer siyahısı da hazırlanıb.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” hücum xəttini Azərbaycan millisinin üzvü ilə gücləndirəcək.
“Neftçi” “Qarabağ”ın formasını geyinən Musa Qurbanlını komandaya cəlb etmək istəyir. Paytaxt klubu mövsümün sonunda Qurbanlını heyətinə qatmaq üçün müəyyən addımlar atacaq.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oğlunu əzəli rəqiblərinə göndərib-göndərməyəcəyi isə sual altındadır.
“Neftçi”nin yetirməsi olan 22 yaşlı forvardın “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, daha əvvəl “Zirə” və “Yurqorden” (İsveç) klublarının da formasını geyinib.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL