Şahin Diniyev: “Neftçi” bu situasiyadan çıxacaq”
05.10.2024 - 20:27
Şahin Diniyev: “Neftçi” bu situasiyadan çıxacaq”

Misli Premyer Liqasının IX turunun "Səbail" - "Şamaxı" matçından (2:0) sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin mətbuat konfransı keçirilib.

"Bu gün oyun tam diqtəmizdə keçdi. Sadəcə standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik".

- Hakimə çox etiraz edirdiz...
- Biz emosiyalara qapılmışıq. Demirəm etdiyim hərəkətlərin hamısı düzdür. Futbol emosiyalar oyunudur. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdur. Əliyar Ağayev oyunu normal idarə etdi.

- "Neftçi"nin dünənki məğlubiyyəti komandanızın oyuna köklənməsinə necə təsir etdi?
- Çox təsir etdi. "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Futbolçularda təzyiq olur. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" bu situasiyadan çıxacaq. Bu, görünəndir. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizim üçün çox böyük motivasiya verdi.

0