Samir Abasov: "Bura şikayət etməyə gəlməmişəm"
08.11.2024 - 17:43
Samir Abasov: "Bura şikayət etməyə gəlməmişəm"

Azərbaycan Premyer Liqasının XIII turunda "Neftçi" doğma meydanda "Şamaxı" ilə qollu sülhə (2:2) razılaşıb. 

Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyun barədə təəssüratlarını bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün o qədər möhtəşəmdir ki, Azərbyacanın hər yerində qeyd olunur. 

Oyuna gəldikdə, bu barədə danışmaq çox çətindir. Birinci günlərlə müqayisədə, get-gedə komandada nə problemlər var, hansı yöndə işləməliyik, bunlar daha çox görünür. Hara gəldiyimizi də bilirik. Hansı problemlər üzləşəcəyik, onu dərk edib gəlmişdik. İndi bir çıxış yolumuz var ki, dayanmadan işləmək lazımdır. Bu cür stressi geridə qoymalıyıq. Pozitiv bir şey axtarıb, yeni bir iş tapmalıyıq. Yeni oyunçuların çıxması, digərlərinin inkişafı.. Bu gün oyun barəsində danışsaq, şəxslər üzərində də dursaq, Murad Məmmədovu qeyd edərdim. Təbrik edirəm. Yaxşı başladı. İkinci hissədə çəkdiyimiz bəla Muradda da sezilməyə başladı. Tempdən düşdü. Bu gün biz "Neftçi" olaraq oyunların tempinə hələ ki, tab gətirə bilmirik. Bu bizim görülən problemdir. Çalışacağıq. Milli ara var. Bəlkə bizə kömək oldu. Mən gələndən sonra analiz etsək, ikinci hissədə hücum qurmaqda əziyyət çəkirik. İşləyəcəyik. Ən yaxşısını etməyə çalışacağıq. Üzgünük. Bu artıq başqa mövzudur. Oyundan əvvəl uşaqlara dedim ki, siz oyununuzdan həzz alsaz, aqressiv, templi oynasaq.. Futboldur, rəqib standartdan vura bilər. Görünən odur ki, problemlər oyundan-oyuna daha da geniş yer alır. Çalışacağıq ki, rotasiyalar edə-edə, nələrsə fikirləşərək yaxşı vəziyyətə gələk".

- İlk hissədə hesab 2:0 olanda, Dembo Darbo qapıya zərbə əvəzinə ötürmə etdi. O qolu vurmaq daha vacib idi. Ofsayd vəziyyətindən sonra gülürdü. Bunu oyunun qırılma anı hesab etmək olar?
- Epizoda uzaqdan baxırıq. Analiz etməliyik ki, nəsə fikir bildirək. Bəzi hallarda futbolçunu pas vemrədiyinə görə qınayırsan.Gülümsəməyinə gəldikdə, burada neqativ axtarmıram. Hesab da 2:0 idi. Rahatçılıq var idi bir az. Çox əziyyət çəkdiyimiz məqamlar, kiminsə qol vurması yox, son nöqtələrdə futbolçuların verdiyi qərarlardır. Problemlər üzə çıxır. Bəlkə də Darbo vursaydı, daha rahat olardıq.

- "Neftçi" elə klubdur ki, hər uğursuzluqda nişangaha baş məşqçi gəlir. Hazırda komandada ən ciddi problem fiziki məsələdir.  "Samir Abasov da gəldi, dəyişən heç nə olmadı" kimi fikirlər səsləndirilir. Fiziki məsələ ilə bağlı planınız nədir?
- Planımız rotasiyalar edə-edə daha hazır olan futbolçuları meydana buraxaraq, komandanı balanslaşdırmaqdır. Məşqlərdə də nəticələrə baxırıq. Biz bilməliyik ki, burda hər şey yaxşı olsaydı, baş məşqçini dəyişməzdilər. Nələrsə, yaxşı deyil ki, dəyişiklik olur. Mən bura nələrdənsə şikayət etmək üçün gəlməmişəm. Məni kluba bu situasiyadan çıxmaq üçün gətiriblər. Bu haqda danışmıram. Situasiyadan çıxmaq istəyirik. Problemlər var. Buradayamsa, mən həll etməliyəm. Kluba, azarkeşlərə bu şikayətlər maraqlı deyil. Görəcək işlərimiz çoxdur. Nəsə deməyim düzgün çıxmaz. Etik deyil. Etik olsa da, "Neftçi" camiəsi üçün maraqlı deyil. Bunu anlayıram.

- Yeqor Boqomolskini təhqir etmək kimi çıxmasın, onda nə görmüsüz ki, şans verirsiz? Ümidləri doğruldur?
- Ümidləri doğrultmaqdan söhbət getmir. Ümumi analiz etsək, Boqomolski girdiyi təhlükəli epizodlar və s. hallarda ritmdən düşmüş Darbodan daha yaxşıdır. Bir-iki epizodda düzgün qərar versəydi, qol olardı. Biz nə istəyirik? Kimsə yorulubsa, tapşırıqları yerinə yetirmirsə, onu bir nəfərlə dəyişməlisən. Boqomolski Darboya baxanda daha önə qaçan futbolçulardandır.

- Azarkeşlər komandanı alqışlamadırlar. Artıq onların da ilk oyundakı partlayışdan sonra sanki ümidləri tükənib?
- Qatı azarkeşlər? Burada olanlar da, olmayanlar da, nə danışırlarsa, deyirlərsə nəsə axtarmaq günahdır. Bu situasiyda baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşimizə nə etiraz etmək ixtiyarım var? Siz deyənlərə qarşı nə deyə bilərik? Hamısı özünə görə haqlıdır. Nə edirlərsə, düzgün edirlər.

- "Sumqayıt"da "Neftçi"ni analiz etmisiz. Bu komandaya düşdükdən sonra hansı durum daha dəhşətli gəlir sizin üçün?
- Hələ ki qələbələr qazana bilmirik. "Sumqayıt"da baş məşqçi olanda, "Neftçi"nin içində deyildim, oyunçular haqda informasiyam yox idi. Heyət əvvəlki məşqçinin üslubuna görə yığılıb. Lakin indi danışdıqlarım kiməsə maraqlı deyil. Əsas odur ki, vəziyyətdən çıxa bilək.

- Sizcə, Murad Məmmədov gələcəkdə fərq yarada biləcək oyunçu ola bilər?
- Muradın yaxşı xüsusiyyətləri var. Oynamaq istəyir, aqressivdir. Belə futbolçular tez inkişaf edir. Bu xüsusiyyət ona inkişaf etməkdə təkan olacaq. Heç nədən çəkinmir. Murad oynadığı birinci hissədə yaxşı işlər gördü. Onun tərəfdən qapımıza da hücumlar getdi. Murad oynaya-oynaya artırmalıdır. Akademiyamızın futbolçusudur. Heç olmasa indiki situasiyada o cür futbolçular qazanarıq.

- Rəvan Həmzəzadə sizə deyirdi ki, meydana çıxanı tapmasam, sizə sarı vərəqə verəcək...
- Qayda var ki, referilər meydana girən adamı görmürlərsə, bilavasitlə baş məşqçidən soruşurlar. Cavab yoxdursa, baş məşqçi cəzalandırılır. 

0