"Sumqayıt"da oynamağa razı idi: Emil "sevda"sı qışa qaldı
29.10.2025 - 13:39
"Sumqayıt"da oynamağa razı idi: Emil "sevda"sı qışa qaldı

Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin “Sumqayıt”a keçidi hələ ki reallaşmayıb.

Apasport.az saytına verilən məlumata görə, 24 yaşlı futbolçu “Sumqayıt”da oynamağa razı olsa da, çıxışı alınmayıb və Azərbaycana gələ bilməyib.

Mustafayev bu səbəbdən Ukraynada, “Polessye” klubunda qalası olub.

Onun Ukrayna klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Mənbənin məlumatına görə, futbolçunun klubuyla qışda yenidən təmasa keçiləcək və keçidin baş tutması üçün "Sumqayıt" tərəfindən növbəti dəfə təklif göndəriləcək.