“Sumqayıt”dan Afrika Millətlər Kubokuna
08.11.2024 - 20:33

"Sumqayıt"ın futbolçusu Tresor Mossi Burundi millisinə dəvət alıb.
Apasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində çıxış etmək şansı qazanıb.
Mossi Malavi (14 noyabr) və Seneqal (19 noyabr) ilə oyunlar üçün yığmaya çağırılıb. Onun komandası qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzub.
Qeyd edək ki, Tresor Mossi 2023-cü ilin yayından "Sumqayıt"da çıxış edir. O, "kimyaçılar"ın heyətində 10 rəsmi matçda forma geyinib.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0