Tərlan Əhmədov yoxsa Adil Şükürov? - "Səbail" üçün namizədlər
30.09.2024 - 11:55
Tərlan Əhmədov yoxsa Adil Şükürov?  - "Səbail" üçün namizədlər

Mövsümə uğursuz start verən “Səbail”də sular durulmaq bilmir.

Apasport.az-ın əldə etdiyi məlumata görə, bu gün klub rəhbərliyinin iclası baş tutacaq.

Tədbirdə komandanın çıxış yolları barədə danışılacaq. Müzakirə olunacaq mövzulardan biri də "dənizçilər"in baş məşqçi məsələsi olacaq.

Böyük ehtimalla "Səbail"in uğursuz çıxışı fonunda Şahin Diniyev istefaya göndəriləcək. Klub rəhbərliyi onun yerinə namizədləri nəzərdən keçirəcək. 

Namizədlərin arasında Adil Şükürov və Tərlan Əhmədov kimi mütəxəssislərin adları var. "Dənizçilər"in artıq Şükürovla ilkin şərtləri razılaşdırdığı bildirilir.

Xatırladaq ki, Diniyev 2022-ci ilin dekabrında paytaxt təmsilçisinin sükanı arxasına keçib.

Qeyd edək ki, komanda bu sezon keçirdiyi 8 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib. "Ağ-göylər" 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

0