Toral Bayramov üçün əlamətdar görüş
                    
                    07.10.2024 - 09:51
                        
                     
                    Misli Premyer Liqasının IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, o, Premyer Liqada 100-cü oyununu keçirib.
23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.
Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            