Ürfan Abbasova 300 nömrəli forma verildi
28.04.2024 - 20:23
Ürfan Abbasova 300 nömrəli forma verildi

Ürfan Abbasova “Qəbələ”nin 300 nömrəli forması təqdim olunub.

Apasport.az xəbər verir ki, hədiyyənin təqdimat mərasimi Premyer Liqanın 32-ci turunun bu gün keçirilən “Kəpəz”lə ev matçından əvvəl baş tutub.

“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında rekordçu olan müdafiəçi yubiley qarşılaşmasına dörd gün əvvəl çıxıb. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə cavab görüşündə 300-cü dəfə “Qəbələ”nin formasını geyinib.

Qeyd edək ki, “Qəbələ”də 2012-ci ildə debüt edən Ürfan 300 matçda 6 qol vurub.

0