“Zirə”nin futbolçusu Gürcüstan millisində şans qazanıb
06.06.2025 - 09:45
“Zirə”nin futbolçusu Gürcüstan millisində şans qazanıb

“Zirə”nin futbolçusu David Volkov Gürcüstan millisində oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Farer adaları ilə yoldaşlıq oyunu keçirib.

Görüş gürcülərin qələbəsiylə başa çayıb – 1:0.

Volkov görüşdə 64-cü dəqiqədə meydana daxil olub.