
“Zirə”nin futbolçusu Ruan Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının IX turuna təsadüf edib.
Ruan “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada çıxdığı 100 oyunda 5 qol vurub.
Renato Azərbaycanda iki komandada forma geyinib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.
Onun debütü 2021/22 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) şans qazanıb.
Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” görüşündə qərblilər 1:0 hesabı ilə qələbə qazanıblar.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”