Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq
16.02.2026 - 20:08
Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokuna qatılacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, yığma ikinci dəfə təşkil olunacaq turnirdə Avropa Kuboku 2025-in finalçısı kimi iştirak hüququ qazanıb.

Martın 13-dən 15-dək baş tutacaq yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland yığmaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.