Millimiz bu gün iki matç keçirəcək
02.06.2026 - 11:29
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.
Apasport.az, təmsilçilərimiz öncə Çexiya ilə üz-üzə gələcək.
Görüşə saat 19:05-də start veriləcək. Yığmamız saat 20:55-də Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.
0
0