AL: "Beşiktaş" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
16.10.2026 - 00:51
AL: "Beşiktaş" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının liqa mərhələsində II turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri Almaniyada baş tutub.

Türkiyənin “Beşiktaş” klubu səfərdə “Hoffenhaym”la üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Görüş "qara qartallar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Avropa Liqası

Liqa mərhələsi, II tur

15 oktyabr

23:00. “Hoffenhaym” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 2:3