Azərbaycan millisi ev oyununu Lənkəranda keçirəcək
15.10.2026 - 16:03
Azərbaycan millisi ev oyununu Lənkəranda keçirəcək

Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

DÇ-2028-in əsas mərhələsinin 12-ci qrupunda yer alan komandamız noyabrın 5-də ev oyununa çıxacaq.

Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək. 

İnanırıq ki, milli komandamızı bu dəfə Lənkəranda azarkeşlər coşqusu ilə dəstəkləyəcəklər. 

Qeyd edək ki, kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.