“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Nyukasl”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Xoni Montiel oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Bu yarışın səviyyəsi hər kəsə bəllidir. Cavab oyunu haqqında fikirləşməliyik. Əgər ikinci hissədəki kimi çıxış etsək, daha yaxşı nəticə əldə edə bilərik".
– Bu mərhələdə, komandadan, özünüzüdən gözləntiləriniz nə idi?
– Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın ən böyük klubu olaraq bilirəm ki, bizdən gözləntilər yüksəkdi. Çalışdığımız qədər bunların qarşılığını verməyə çalışdıq.
– Hansı mövqedə daha məhsuldar olacağınızı düşünürsünüz? Bəzən “10 nömrə”, bəzən vinger kimi oynayırsınız…
– Tez adaptasiya olmaq kimi xüsusiyyətim var. Lakin özümü “10 nömrə” kimi daha yaxşı hiss edirəm. Bu mövqedə oynayanda daha faydalı oluram. Ancaq digər mövqelərə də ehtiyac olarsa, oynamağa hazıram.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 25-də, saat 00:00-da start götürəcək.