UEFA Çempionlar Liqasının pley-off mərhələsində İtaliyada “Yuventus” və “Qalatasaray” arasında keçiriləcək cavab görüşünə təyinatlar açıqlanıb.
Apasport.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim funksiyasını Joau Pinheyru yerinə yetirəcək. Ona yan xətt hakimləri Brunu Xesus və Lusianu Maya kömək edəcəklər. Görüşün dördüncü hakimi isə Joau Qonçalveş olacaq.
Qeyd edək ki, "Yuventus" - "Qalatasaray" matçı fevralın 25-də, saat 00:00-da keçiriləcək. Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub etmişdi.
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB
- FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq