Kanadanın buz hokkeyi üzrə milli komandası Qış Olimpiya Oyunları çərçivəsində yerləşmə ilə bağlı diqqətçəkən qərar qəbul edib.
Apasport.az xəbər verir ki, yığma Olimpiya kəndində qalmaqdan imtina edərək beşulduzlu hotelə köçüb.
Komanda bu addımı Oyunlara optimal hazırlıq şəraiti ilə əlaqələndirib. Bildirilib ki, seçim heç bir komandaya və ya təşkilatçılara qarşı hörmətsizlik kimi dəyərləndirilməməlidir. Əsas məqsəd yüksək nəticə əldə etmək və bu yolda idmançılar üçün maksimal komfort təmin etməkdir.
Qeyd edək ki, Kanada komandası hazırda 1 gümüş, 2 bürünc mükafatla XXV Qış Olimpiya Oyunlarının medal sıralamasında 13-cü sırada qərarlaşıb.
- "Formula 1" yarışı ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
- “Formula 1”: Qaliblər mükafatlandırıldı
- “Formula 1”: Rassell Bakıda çempion oldu
- “Formula 1”: Norris mübarizəni dayandırdı