Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib
07.02.2025 - 19:56
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında federasiyanın Texniki Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda yanvarın 25-26-də keçirilmiş Azərbaycan çempionatının hesabatı dinlənilib.
İclasda hakimlərə lisenziyaların verilməsi, onların peşəkarlığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra mart ayında təşkil olunacaq yeniyetmələrin ölkə birinciliyinə ilkin hazırlıqlarla bağlı müvafiq tapşırıqlar verilib.
- Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
- Dadaş Dadaşbəyli: "Mənimçün möhtəşəm yarış oldu"
- İslam Oyunları: Ağırlıqqaldıranımız gümüş medal qazanıb - YENİLƏNİB
- İslam Oyunları: Ağırlıqqaldıranımız 3 medal qazanıb - FOTO
- İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb
0
0