Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib.
Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.
Beləliklə Tehran Məmmədov toplamda göstərdiyi 289 nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Bununla da o, tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb
- Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb
- Azərbaycan atleti Avropa birinciliyində 2 medal qazanıb
- Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb