İsveçrə Almaniya matçında heç-heçə, Macarıstandan qələbə - YENİLƏNİB
24.06.2024 - 01:01
İsveçrə Almaniya matçında heç-heçə, Macarıstandan qələbə - YENİLƏNİB

Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start veriləcək.

Apasport.az xəbər verir ki, III turun ilk günündə A qrupunda mübarizəyə yekun vurulacaq.

Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşəcək. 1/8 finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni qorumaq üçün uduzmamalıdır. İsveçrə isə pley-offa bir xalla da çıxa bilər.

Şotlandiya və Macarıstan 1/8 final arzusunu reallaşdırmaq üçün mübarizə aparacaq. Sonuncular ümidini qorumaq üçün mütləq qalib gəlməlidir. Britaniyalılar da şansını saxlamaq üçün 3 xal qazanmalıdır.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024

Qrup mərhələsi, III tur

23 iyun, A qrupu

23:00. İsveçrə - Almaniya 1:1 

Qol: Ndoye, 29 - Fülkruq, 90

Baş hakim: Daniele Orsato (İtaliya)

Frankfurt Arena

23:00. Şotlandiya – Macarıstan 0:1 

Qol: K. Skobot, 90+10

Baş hakim: Fakundo Telyo (Argentina)

Ştutqart Arena

0