“Hörmətli media nümayəndələri! Çox xahiş edirəm, Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir informasiya paylaşmayın”.
Apasport.az saytının məlumatına görə, bu sözlər Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya məxsusdur.
Qurum rəsmisi gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı yayılan xəbərlərlə feysbuk səhifəsi vasitəsilə cavab verib.
Bu məlumatı təkzib edən Məmmədova nazirin durumunda heç bir dəyişiklik olmadığını vurğulayıb: “Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olacağı təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!”
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib