“Bütün yarışlar çox yaxşı gedir. Hər şey vaxtında olur. Burada şərait çox yaxşıdır. Olimpiya Kəndində təşkilatçılıq yüksək səviyyədədir”.
Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.
200 m məsafəyə qaçışda finala vəsiqə qazana bilməyən 31 yaşlı idmançı Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında məqsədlərinin 2024-cü ildə Fransada keçiriləcək Olimpiadaya hazırlaşmaq olacağını söyləyib: Olimpiada ilə yarışlarımız yekunlaşmır. Türkiyədə klubların yarışları olacaq. Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var - Paris-2024 Yay Olimpiya Oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.
Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”
Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində finişə 6-cı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb