Bakıda keçirilən “Formula-1” üzrə Qran-Pri yarışları zamanı açılan iş yerlərinin sayı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, "Formula-1" üzrə yarışlarının nəticələri barədə keçirilən mətbuat konfransında açıqlanıb.
“Formula-1” 2016-19-cu illərdə yerli bizneslərdə, xüsusilə də yarışa yaxın aylarda çox sayda iş yerinin açılmasında rol oynayıb. 2016 və 2017-ci illərdə bu rəqəm 5-10 min arası olubsa, 2018 və 2019-cu illərdə bu rəqəm 7,5 min təşkil edib.
Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da “Formula-1” yarışlarının rolu olub. 2018-ci ildə Qran-Prini 82,3, ötən il isə 90,2 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm bir ildə təxminən 10 faiz artıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb