“Hər şey yaxşı gedir. Təlim-məşq toplanışını bitirdik və 90 faiz hazırıq. Olimpiya Oyunlarına qədər 100 faiz hazır olacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyev Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı danışarkən deyib.
“Böyük Dəbilqə” turnirin qalibi olan 23 yaşlı idmançı Olimpiadada 100 kq çəki dərəcəsində mübarizə aparacaq. Böyük ümidlər bəslənilən cüdoçu hər bir çəkinin çətin olduğunu bildirsə də, Tokioya qızıl medal üçün gedəcəklərini vurğulayıb: “Hansısa çəki dərəcəsini fərqləndirə bilmərəm. Hər çəkinin müəyyən çətinlikləri var. Yaxşı idmançılar çoxdur, lakin bizim komanda da yaxşı hazırlaşır. Düşünürəm ki, Olimpiadaya medal üçün gedirik. Azərbaycan yığmasına bütün idman növlərində uğurlar arzulayıram. Ümid edirəm ki, çoxlu medallarla, qızıl medallarla qayıdacağıq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar