Sabah Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.
Apasport.az saytının məlumatına görə, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.
Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.
Yarışın proqramına əsasən, sabah Hacı və Şərif, iyunun 9-da isə Hacımurad mübarizəyə start verəcək. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək