“Azərbaycanı Tokioda təmsil etmək çox həyəcanlı və qürurvericidir”.
Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçu Aişə Qurbanlı deyib.
Olimpiadada ölkəmizi təmsil edəcək iki qadın cüdoçudan biri olan Qurbanlı (48 kq) Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə təəssüratlarını bölüşüb: “Olimpiadaya hazırlaşmaq çox gözəl hisslərdir. Bütün idmançılara bunu arzulayıram. İdmanda əziyyət çəkən bütün xanımların bu anı yaşamasını istərdim. Özüm də daxil olmaqla, Azərbaycanı Olimpiadada təmsil edəcək bütün idmançılara medal arzulayıram. Tokio, gözlə, biz gəlirik”.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək