Beynəlxalq Kanoe Federasiyasının prezidenti: “Azərbaycanda idmana göstərilən marağı digər ölkələrdə hiss etməmişəm”
29.03.2008 - 14:24
Bakı. Elşən Məmmədov-APA-Sport. Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Ulrix Feldhoff Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, jurnalistlərə açıqlamasında U.Feldhoff səfərinin yeni yaradılan Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) fəaliyyəti ilə yaxından tanışlıq xarakteri daşıdığını bildirib. Almaniyalı qonaq AMAF-ın problemlərindən xəbərdar olmaq və ona dəstək vermək niyyətində olduğunu vurğulayıb. U.Feldhoff, həmçinin Mingəçevir şəhərində tikilən “Kür” Olimpiya İdman Mərkəzi və avarçəkmə bazasının mövcud vəziyyəti ilə tanış olmaq istədiyini açıqlayıb. Azərbaycanda idmana fantastik dərəcədə maraq göstərildiyini deyən İCF prezidenti ölkə rəhbərliyi səviyyəsində diqqət və qayğıdan danışıb: “Mən bir çox ölkələrdə olmuşam. Azərbaycanda idmana göstərilən marağı digər ölkələrdə hiss etməmişəm. İnanıram ki, Azərbaycan bu sahədə böyük uğurlara imza atacaq”. Azərbaycanda avarçəkmə növləri sahəsində diqqətçəkən inkişaf tempinin olduğunu deyən U.Feldhoff ölkəmizdə gələcəkdə nüfuzlu beynəlxalq yarışların təşkilini istisna etməyib. O, bildirib ki, iqtisadi və coğrafi cəhətdən də əlverişli vəziyyətdə yerləşdiyi üçün, ölkəniz böyük beynəlxalq yarışlar keçirməyə qadirdir. Lakin bunun üçün hərtərəfli analiz aparılmalıdır.
Qeyd edək ki, almaniyalı qonaq bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib. Ölkə prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimovla görüşən U.Feldhoff Bakıdakı Hərbi Dəniz Qüvvələri İdman Klubu nəzdində fəaliyyət göstərən avarçəkmə bazasında olub. Yeni yaradılan avarçəkmə hovuzu ilə tanışlıqdan sonra Mingəçevirə yollanıb. “Kür” Olimpiya İdman Mərkəzi ilə tanış olacaq qonaq beynəlxalq “Prezident kuboku” reqatasında baydarka və kanoeçilərin mübarizəsini də izləyəcək. Sabah isə U.Feldhoff ölkəmizi tərk edəcək.

- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0