Azərbaycanlı hakim Ermənistan milli komandasının oyununu idarə edə bilər
29.03.2008 - 16:07
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycanın futzal üzrə FİFA hakimi Elçin Səmədli yeni təyinat alıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı beynəlxalq dərəcəli hakim 21 yaşlı futzalçılardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarında idarəçilik edəcək. E.Səmədli Makedoniyada oktyabrın 10-dan 13-dək keçiriləcək 7-ci qrupunun görüşlərində ölkəmizi hakim qismində təmsil edəcək. Bu qrupda meydan sahibləri ilə yanaşı, Çexiya, Xorvatiya və Ermənistanın yığma komandaları çıxış edəcək. Müstəqillik dönəmində azərbaycanlı FİFA hakimi Xaqani Məmmədov Moskvada keçirilən “Birlik kuboku” turnirində bədnam qonşularımız olan ermənilərin oyununu idarə edib. Bu ildən FİFA hakimi statusunu daşıyan E.Səmədli UEFA bayrağı altında keçirilən yarışda Ermənistan yığmasının oyununu idarə edən ilk hakimimiz kimi tarixə düşə bilər.
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0