Azərbaycan yığmasının görüşlərini idarə edəcək hakimlər müəyyənləşib
29.03.2008 - 16:07
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycanın 21 yaşlılardan ibarət futzal yığmasının Avropa çempionatının seçmə mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 8-dən 11-dək Andorrada keçiriləcək 4-cü qrupun oyunlarında yığmamızın matçlarına Kyazo Leladze (Latviya),Petros Panayides (Kipr), Sebastyan Stavitski (Polşa) və Stefan Kammerer (Almaniya) təyinat alıb. Oyunlarda UEFA nümayəndələri sloveniyalı Silvo Boroşakla portuqaliyalı Pedro Dias olacaq. Hacıbala Abdullayevin baş məşqçisi olduğu yığmamız Andorrada meydan sahibləri ilə yanaşı, Hollandiya və İrlandiya yığmaları ilə bir qrupda mübarizə aparacaq. Futzalçılarımız aprelin 8-də Andorra, 9-da Hollandiya, 11-də İrlandiya yığması ilə görüşəcək.
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
0
0