Azərbaycanı sonuncu lisenziya xarakterli beynəlxalq turnirdə Səbinə Əmrahzadə təmsil edəcək
30.03.2008 - 16:18
Bakı. Kənan Həsənov-APA-Sport. Aprelin 26-da Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü Avropa təsnifat turniri start götürəcək. “APA-Sport” agentliyinin Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədova istinadən verdiyi məlumata görə, sonuncu lisenziya xarakterli yarışda ölkəmizi cəmi bir idmançı təmsil edəcək. İstanbula dünya reytinq sıralamasında 111-ci pillədə qərarlaşan Səbinə Əmrahzadə ezam ediləcək. Turnirdə həmyerlimizlə yanaşı, İtaliya, Almaniya, İngiltərə, Rumıniya, Macarıstan, İspaniya, İslandiya və Yunanıstan təmsilçiləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, finala yüksələn sablyaçılar Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0