Azərbaycan boksçuları “Donbas kuboku” turnirində bir qızıl, bir gümüş, iki bürünc medal qazanıblar
31.03.2008 - 12:15
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın gənc boksçuları Ukraynanın Donetsk şəhərində keçirilən “Donbas kuboku” beynəlxalq turnirində dörd medal qazanıblar. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Şamil Əlimcanov məlumat verib. Onun sözlərinə görə, bütün rəqiblərini məğlub edən Qismət Eynullayev (60 kq) birinci yeri tutub. Yalnız final görüşündə məğlub olan Fərid Paşayev (+91 kq) gümüş medalla kifayətlənib. Turnirin yarımfinal mərhələsində mübarizəni dayandıran İlkin Ağayevlə (54 kq) Anar Cəfərovun (64 kq) qazancı bürünc medal olub. Yığmanın digər üç üzvü - Elvin Məmişzadə (51 kq), Fərid Möhsümov (69 kq) və Rəşad Müslümov (75 kq) fəxri kürsüyə yüksələ bilməyib.
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
0
0