Elçin Cəfərov: “Elvin Mürsəliyev Avropa çempionatına getməsə, daha yaxşıdır”
31.03.2008 - 12:33
“Avropa çempionatına aparacağım güləşçilərin hamısından yaxşı nəticə gözləyirəm. Amma bizdən asılı olmayan səbəbləri də nəzərə almaq lazımdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Elçin Cəfərov deyib. Onun sözlərinə görə, aprelin 1-də Finlandiyanın Tampere şəhərində start götürəcək Avropa çempionatında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına iki güləşçimiz lisenziya qazana bilsə, bunu böyük uğur kimi dəyərləndirmək lazımdır: “Nəzərə almalıyıq ki, qitə birinciliyinə hamı hazırlıqlı gəlir. Üstəlik, qeyri-obyektiv hakimliklə də rastlaşa bilərik. Bu səbəbdən, ötənilki dünya çempionatında Pekinə vəsiqəni təmin etmiş Fərid Mansurovdan savayı, daha iki lisenziya qazanmağa ümid edirik”. E.Cəfərov Olimpiadaya lisenziya qazanmaq şansı olan güləşçilərimizdən biri – Avropa çempionu Vitali Rəhimovu (60 kq) zədə üzündən Tampereyə apara bilməyəcəyindən təəssüfləndiyini gizlətməyib. O, bildirib ki, əvvəllər onurğa sütunundan əməliyyat olunan V.Rəhimovun ağrıları ayağına vurub: “Son məşqlər zamanı Vitalinin ağrıları gücləndi. Bu səbəbdən, onu qitə birinciliyinə aparmamaq qərarına gəldik. Rəhimov yarışa yaxşı hazırlaşmışdı”. Baş məşqçi sənədləri qaydasında olmadığı üçün Şalva Qadabadzenin (84 kq) çıxış edə bilməyəcəyi Avropa çempionatında Elvin Mürsəliyevə də şans verməyəcəyini söyləyib. E.Cəfərov boş gəzintiyə qarşı olduğunu deyib: “Elvinə xərc çəkib, aparmaqdansa, onun ümumiyyətlə qitə birinciliyinə getməməyi yaxşıdır”. Baş məşqçi, həmçinin artıq 96 və 120 kq çəki dərəcələrində millimizin legionerləri Denis Mişin və Anton Botevin Rusiya yığması ilə birgə təlim-məşq toplantısından qayıtdığını bildirib.
Qeyd edək ki, Avropa çempionatında ölkəmizi Rövşən Bayramov (55 kq), Fuad Əliyev (60 kq), Hüsaməddin Rəcəbov (66 kq), İlqar Abdulov (74 kq), Denis Mişin (96 kq) və Anton Botev (120 kq) təmsil edəcək. Yığmamız Tampereyə aprelin 3-ə keçən gecə uçacaq. Yunan-Roma güləşçilərinin mübarizəsinə aprelin 5-də start veriləcək. Həmin gün R.Bayramov, H.Rəcəbov və A.Botev döşək üzərinə çıxacaqlar. Ertəsi gün isə F.Əliyev, İ.Abdulov və D.Mişin qüvvələrini sınayacaqlar. Pekin Olimpiadasına hər çəki dərəcəsindən bir idmançı lisenziya qazanacaq.

- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
0
0