Azərbaycan milli komandasının sabiq lideri Rusiya çempionatında sonuncu yeri tutub
01.04.2008 - 11:16
Bakı. Kənan Həsənov-APA-Sport. Moskvada qılıncoynatma üzrə növbəti Rusiya çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın birinci günündə qadın sablyaçılar arasında mükafatçılar müəyyənləşib. 43 idmançının birinciliyində milli komandamızın sabiq lideri Yelena Jemayeva da mübarizə aparıb. Keçirdiyi bütün görüşlərdə uduzan təcrübəli sablyaçı sonuncu yeri tutub. Qalib adını isə Rusiya milli komandasının lideri Sofya Velikaya qazanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0