Azərbaycan yığması “Prezident kuboku” turnirinin qalibi olub
01.04.2008 - 11:20
Mingəçevir. Elşən Məmmədov-APA-Sport. Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində keçirilən avarçəkmə üzrə beynəlxalq “Prezident kuboku” reqatasına yekun vurulub. Yarışın son iki günündə Azərbaycan, İran və Gürcüstanın baydarka və kanoe üzrə yığma komandaları mübarizə aparıblar. Hər üç ölkənin 18 və 23 yaşadək yığmaları 200, 500 və 1000 metrlik məsafələri baydarka və kanoe qayıqlarında qət ediblər. Nəticədə Azərbaycanın baydarka və kanoe üzrə 18 yaşadək yığması 9, 23 yaşadək millisi isə 13 medal qazanıb. Bu nəticə ilə 23 yaşadək yığmamız I yeri tutaraq, “Prezident kuboku”na sahib olub. 18 yaşlılar arasında isə İran yığması hamıdan güclü olub.
Qeyd edək ki, akademik avarçəkənlərin mübarizəsində 18 yaşadək yığmamız III, 23 yaşlılarımız isə II yeri tutub.
Qeyd edək ki, akademik avarçəkənlərin mübarizəsində 18 yaşadək yığmamız III, 23 yaşlılarımız isə II yeri tutub.
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0