Azərbaycan atıcıları Dünya Kubokuna yollanırlar
01.04.2008 - 13:37
Bakı. Aqşin Əliyev-APA-Sport. Aprelin 10-da Çinin paytaxtı Pekində stend və güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Turnirdə stend atıcılarımızdan Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova və Emin Cəfərov qüvvəsini sınayacaq. Bundan başqa, aprelin 20-dək davam edəcək yarışa güllə atıcılarımızdan Afina olimpiadasının bürünc mükafatçısı İradə Aşumova, gənclər arasında Avropa çempionatının gümüş medalçısı Nigar Bağırova və Ruslan Lunyov qatılacaq. Həmyerlilərimiz aprelin 7-də səfərə çıxacaqlar.
Qeyd edək ki, Z.Meftahəddinova ilə İ.Aşumovaya Dünya Kuboku çərçivəsində keçiriləcək Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının Baş Assambleyasında Pekin olimpiadasına yollanmaq üçün dəvətnamə və ya güzəştli kart verilə bilər.

- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0