Rusiyalı məşqçi: “Novruz Temrezovun püşkdə bəxti gətirmişdi”
02.04.2008 - 15:04
Tampere. Elşən Məmmədov-APA-Sport. “Novruz Temrezovun püşkdə bəxti gətirmişdi. Lakin o, fürsətdən yararlana bilmədi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında 84 kq çəki dərəcəsində qızıl medal qazanan Rusiyanın sərbəst güləşçisi Georgi Ketoyevin məşqçisi Malik Tedeyev deyib. Onun sözlərinə görə, püşk G.Ketoyevi çətin rəqiblərlə üz-üzə qoyub. M.Tedeyev bildirib ki, həm macarıstanlı Arpad Ritter, həm ermənistanlı Vadim Laliyev, həm də azərbaycanlı Novruz Temrezov çempionatın medallarına real namizəd olublar. Bu səbəbdən, G.Ketoyevin qızıl medalı çətinliklə qazanması təəccüblü deyil. Məşqçinin fikrincə, rəqibləri rusiyalı güləşçi ilə mübarizəyə girişməyərək, gah idmançının səhvlərindən, gah da sərfəli püşkdən yararlanmaq məqsədi güdüblər: “Temrezov Ketoyevlə qarşılaşmada qələbəyə yaxın olsa da, ələ düşən imkandan yararlana bilmədi. Georgi 30 saniyə ərzində çətin vəziyyətdən çıxmaqla yanaşı, fənd işlətməyə də macal tapdı. Məşqlər zamanı bu vəziyyətlər üzərində çox işləməyimiz öz bəhrəsini verdi”.
Qeyd edək ki, yarımfinalda G.Ketoyevə uduzan N.Temrezov təsəlliverici görüşdə Ermənistan güləşçisi Vadim Laliyevi məğlub edərək, bürünc medal qazanıb.
Qeyd edək ki, yarımfinalda G.Ketoyevə uduzan N.Temrezov təsəlliverici görüşdə Ermənistan güləşçisi Vadim Laliyevi məğlub edərək, bürünc medal qazanıb.
- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
0
0