Avropa Badminton Federasiyası Azərbaycana yardım edəcək
02.04.2008 - 15:46
Bakı. Elşən Məmmədov-APA-Sport. Avropa Badminton Federasiyası Azərbaycana texniki və inventar yardımı edəcək. Azərbaycan Badminton Federasiyasının (ABF) baş katibi Mirzə Orucovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu haqda Bakıda səfərdə olan Ümumdünya Badminton Federasiyası (BWF) İdarə Heyətinin üzvü, Avropa Badminton Federasiyasının maliyyə direktoru Horst Kullinqin Azərbaycan Badminton Federasiyasının (ABF) rəhbərliyi ilə görüşündə razılıq əldə edilib. Səfər zamanı özü ilə badminton üçün raketka, valan və torlar gətirən avstriyalı qonaq gələcəkdə orta məktəblərdə də bu idman növünün inkişafına böyük diqqətin göstəriləcəyini bildirib. O, qitə qurumunun hesabına bir azərbaycanlı mütəxəssisin iyulda Polşada keçiriləcək məşqçilər üçün seminarda iştirakını təmin edəcəklərini söyləyib. ABF prezidenti Kamal Abdulla rektoru olduğu Slavyan Universitetinin yaxın vaxtlarda təmirə dayanacağı haqda məlumat verib. O, bildirib ki, təmirə ayrılan 1 milyon manatlıq vəsait hesabına yığmamızın təlim-məşq bazası sayılan universitetin badminton zalı da Avropa standartlarına uyğun yenilənək. K.Abdulla maliyyə yardımına yox, badminton avadanlığına ehtiyac duyduqlarını söyləyib. H.Kullinq ölkəmizi bu gün tərk edəcək.
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0