Azərbaycan stolüstü tennisçisi Olimpiya lisenziyalı yarışa ağır məğlubiyyətlə başlayıb
02.04.2008 - 17:04
Nant. Elşən Məmmədov-APA-Sport. Bu gün Fransanın Nant şəhərində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa seçmə turnirinin startı verilib. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda Azərbaycanı 2 idmançı - Nəriman Abdullayev və Billurə Eminova təmsil edir. Kişilərin mübarizəsində A qrupunda yer alan N.Abdullayev ilk görüşünü çexiyalı Tomas Pavelkaya qarşı keçirib. Dörd setədək davam edən qarşılaşma T.Pavelkanın 11:2, 11:5, 11:1 və 11:3 hesablı üstünlüyü ilə başa çatıb. Ümumi nəticədə çexiyalı stolüstü tennisçi qələbə qazanıb – 4:0. N.Abdullayev növbəti matçda rumıniyalı Adrian Krisanla üz-üzə gələcək. I turdan sonra həmyerlimiz 5 idmançı arasında sonuncu pillədə qərarlaşıb. Qadınların mübarizəsində D qrupunda yer alan B.Eminova isə ilk oyununda litvalı Ruta Pasauskiene ilə qarşılaşacaq.
- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
0
0