Azərbaycan sərbəst güləşçiləri ilk dəfə qitə və dünya çempionatlarında rekord sayda medal qazanıblar
03.04.2008 - 10:28
7 təmsilçimizdən Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) bürünc medala sahib çıxıblar. Əvvəllər ən çox medalın qeydə alındığı 1996-cı və 2002-ci il Avropa çempionatlarında 3 güləşçimiz fəxri kürsüyə qalxmışdı. Həmçinin, E.Əzizov Pekin Olimpiadasına lisenziya qazanıb. O, ötən il Bakıda keçirilmiş dünya çempionatında Olimpiya Oyunlarına vəsiqəni təmin etmiş Ç.Çamsulvarayevdən sonra bu hüquqa sahib çıxan ikinci sərbəst güləşçimiz olub. Digər güləşçilərimizdən Xetaq Qazyumov (96 kq) ¼, Abil İbrahimov (55 kq) 1/8, Allahverdi Vəliyev (60 kq) isə elə 1/16 finaldaca mübarizəni dayandırıb. Bu nəticələrlə 39 xal yığan Azərbaycan yığması 31 iştirakçı ölkə arasında üçüncü yeri tutub. Rusiya 60 xalla birinci, Gürcüstan 41 xalla ikinci olub.
Bununla belə, ölkəmiz Pekin Olimpiadasına dörd il öncə Afinada keçirilən Olimpiya Oyunlarına qatıldığı qədər sərbəst güləşçi ilə təmsil olunmaq üçün lazım olan 5 lisenziya həddinə çata bilməyib. İndi aşağı və ağır çəkilərdə yer alan beş güləşçimiz Pekinə yollanmaq üçün 18-20 apreldə İsveçin Martini şəhərində keçiriləcək I Olimpiya təsnifat turnirində ilk “dördlüy”ə, 2-4 mayda isə Polşanın paytaxtı Varşavada keçiriləcək II analoji turnirdə ilk “üçlüy”ə düşməyi bacarmalıdır.

- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
0
0