Azərbaycan boksçuları reytinq siyahısında geriləyiblər
03.04.2008 - 12:13
Bakı. Kənan Həsənov-APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini hazırlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıya 20 ən güclü dəri əlcək ustasının adı daxil edilib. Azərbaycan milli komandasının üzvləri cəmi beş çəki dərəcəsində təmsil olunublar. Afina Olimpiadasının bürünc mükafatçısı, karyerasını başa vuran Fuad Aslanov (51 kq) üç pillə geriləyərək 12-ci sırada qərarlaşıb. Pekin Olimpiadasına lisenziya qazanan Samir Məmmədovla yeganə dünya çempionumuz Ağası Məmmədov 54 kq-da müvafiq olaraq 4-cü və 15-ci yerləri tutublar. Zədə ucbatında uzun müddətdir yarışlara qatılmayan A.Məmmədov üç pillə geriləyib. İtaliyada keçirilən lisenziya xarakterli beynəlxalq turnirin gümüş mükafatçısı, yığmanın kapitanı Şahin İmranov (57 kq) 9-cu sıradakı mövqeyini qoruyub. İki pillə geriləyən Rahib Bəylərov (75 kq) 16-cı, mövqeyini qoruyan Elçin Əlizadə (91 kq) 8-ci yeri tutub. Boksçularımız 48, 60, 64, 69, 81 və +91 kq çəki dərəcələrində yer almayıblar.
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0