Azərbaycan boksçuları reytinq cədvəlində altı çəki dərəcəsində yer almayıblar
04.04.2008 - 14:49
Bakı. Kənan Həsənov-APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası gənclərin yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıya 15 ən güclü idmançının adı daxil edilib. Azərbaycan milli komandasının üzvləri cəmi beş çəki dərəcəsində təmsil olunublar. Həmyerlilərimiz arasında ən yüksək göstərici beşinci pillədə qərarlaşan Hafiz İsgəndərova (75 kq) məxsusdur. 51 kq çəki dərəcəsində İlkin Ağayev 6-cı yeri tutub. 54 kq-da isə iki boksçumuz yer alıb. Elvin Əliyev 8-ci, Şəhriyar Tağıyev 9-cu pillədə qərarlaşıb. Digər təmsilçilərimizdən, Heybətulla Hacıəliyev (57 kq) 12-ci, (İsmət Eynullayev 60 kq) 14-cü sıranı tutub. Boksçularımız 48, 64, 69, 81, 91, +91 kq çəki dərəcələrində yer almayıblar.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0