Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası beynəlxalq “Don reqatası”na qatılacaq
04.04.2008 - 16:44
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə yığma komandası Rusiyanın Rostov şəhərində keçiriləcək beynəlxalq “Don reqatası”na qatılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, aprelin 17-də start götürəcək yarışa millimiz 11 idmançı ilə qatılacaq. Akademik avarçəkənlərimizdən 3-ü – Cavid Əfəndiyev, Toğrul Qurbanzadə, Dostməmməd Dostməmmədov bir nəfərlik qayıqlarda mübarizə aparacaq. Digər 8 idmançıya gəlincə, Fikrət Məmmədov – Kamal Məmmədov və Aleksandr Jdanov – Rəşid Mustafin duetləri 2 nəfərlik sükanlı qayıqlarda, Timur Kutseba – Aleksandr Qlotov və Kamran Yusubov – Fərman Əliyev cütləri isə 2 nəfərlik sükansız qayıqlarda qüvvəsini sınayacaq. Akademik avarçəkənlərimiz turnirə aprelin 12-də baş məşqçi Samir Məmmədov və onun köməkçisi Aleksandr Barabanovun rəhbərliyi altında yollanacaqlar. Yarış 4 gün davam edəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0