MDB və Baltikyanı ölkələrin Güləş Federasiyaları Assosiasiyası yaradılacaq
06.04.2008 - 12:40
“APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Rusiya Güləş Federasiyasının icraçı direktoru Georgi Bryusov məlumat verib. Onun sözlərinə görə, yeni qurumun yaradılması haqda ilkin razılıq bu gün Finlandiyanın Tampere şəhərində başa çatacaq Avropa çempionatının gedişində əldə olunub. Əsas məqsəd əvvəlcədən müəyyənləşdirilən və elan edilən vahid mövqe və siyasətin yürüdülməsindən ibarət olacaq. Hazırda Rusiya pəhləvanlarının 20-dən çox ölkənin şərəfini qoruduqlarını deyən G. Bryusovun fikrincə, transferlərin sivil və qarşılıqlı cəhətdən sərfəli olması üçün bu proses qaydaya salınmalıdır: “Digər nümunə olaraq qeyd etmək istərdim ki, 2009-cu il Avropa çempionatının Litvanın paytaxtı Vilnüsdə təşkili istiqamətində birləşməli və aktiv fəaliyyət göstərməliyik. Həmçinin güləş üzrə MDB çempionatının keçirilməsi də müzakirə olunacaq”.
- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Prezident: "Xankəndidəki stadionun yenidən qurulması gələn il başa çatmalıdır"
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
0
0