Azərbaycan milli komandası sabah Andorra ilə qarşılaşacaq
07.04.2008 - 12:36
Bakı. Aqşin Əliyev-APA-Sport. Sabah Andorranın paytaxtı Andorra La-Vellatada 21 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunun oyunları start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu turnirdə ilk dəfə Azərbaycan milli komandası da mübarizə aparacaq. Hacıbala Abdullayevin rəhbərlik etdiyi kollektiv sabah birinci matçına çıxacaq. Futzalçılarımız “Poliesportiu d’Andorra” idman zalında meydan sahiblərini sınağa çəkəcəklər. Bundan başqa, yığmamız Hollandiya (9 aprel) və İrlandiya (11 aprel) ilə də qarşılaşacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri Avropa çempionatına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, qitə birinciliyi bu ilin dekabrında Rusiyanın Sankt-Peterburq şəhərində
keçiriləcək.
Qeyd edək ki, qitə birinciliyi bu ilin dekabrında Rusiyanın Sankt-Peterburq şəhərində
keçiriləcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0