Azərbaycan paralimpiya yığması Kislovodskda təlim-məşq toplanışına gedib
08.04.2008 - 09:10
Bakı. Aqşin Əliyev-APA-Sport. Paralimpiyaçılardan ibarət atletika üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı keçmək üçün Rusiyanın Kislovodsk şəhərinə yollanıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri İlham Təhməzovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, hazırlıq prosesində atletikanın uzununa tullanma və qaçış növləri üzrə idmançılar iştirak edəcəklər. Təlim-məşq toplanışı bu ilin sentyabrında Çinin paytaxtı Pekində baş tutacaq XIII Yay Paralimpiya Oyunlarına hazırlıq xarakteri daşıyacaq. Atletlər baş məşqçi Sergey Təhməzov və məşqçi Məhərrəm Soltanzadənin rəhbərliyi altında aprelin 28-dək Kislovodskda hazırlaşacaqlar.
Qeyd edək ki, qarşıdakı paralimpiadada 7 atletimiz mübarizə aparacaq.
Qeyd edək ki, qarşıdakı paralimpiadada 7 atletimiz mübarizə aparacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0