Avropa çempionatında istifadə olunacaq 6 bilyard stolu Bakıya gətirilib
08.04.2008 - 16:55
Bakı. Kənan Həsənov – APA-Sport. Mayın 15-də start götürəcək növbəti Avropa çempionatında istifadə olunacaq bilyard stolları Bakıya gətirilib. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyi zamanı məşhur “RuptuR” firmasının istehsalı olan beş “Maqnat” və bir “Sezar” stolundan istifadə ediləcək. Bu avadanlıqlar Bakıya xüsusi transportla 10 günə çatdırılıb. Stolları yarışın keçiriləcəyi Olimpiya Kompleksində Avropa Bilyard Komitəsinin texniki eksperti Dmitri Mikitçukun rəhbərlik etdiyi heyət quraşdıracaq.
Qeyd edək ki, kişilər və qadınlar arasında təşkil olunacaq Avropa çempionatının mükafat fondu 15000 dollar həcmində müəyyənləşdirilib.
Qeyd edək ki, kişilər və qadınlar arasında təşkil olunacaq Avropa çempionatının mükafat fondu 15000 dollar həcmində müəyyənləşdirilib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0