Azərbaycan üzgüçüləri Mançesterdə keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar
09.04.2008 - 12:25
Bakı. Kənan Həsənov-APA-Sport. Bu gün İngiltərənin Mançester şəhərində üzgüçülük üzrə IX dünya çempionatın start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışın mükafatları uğrunda dörd Azərbaycan üzgüçüsü mübarizə aparacaq. Yarışda ölkəmizi milli komandanın baş məşqçisi Vaqif Nəsibovun rəhbərliyi altında Oksana Hətəmxanova (50, 100 m brass üsulu), Natalya Filina (50, 100 m sərbəst üsul), Teymur Quliyev (50 m baterflyay, 50, 100 m sərbəst üsul) və Tural Abbasov (50 m sərbəst üsul, 50, 100 m arxasıüstə) təmsil edəcək.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0