Azərbaycan qılıncoynadanları dünya çempionatında uğursuzluğa düçar olublar
09.04.2008 - 14:31
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan qılıncoynadanları İtaliyanın Kataniya şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğursuz çıxış edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün mübarizəyə qoşulan sablyaçı qızlarımız fəxri kürsüyə yüksələ bilməyiblər. Qrupda keçirdiyi altı görüşün yalnız birində qalib gələn Sevinc Bünyatova 80 idmançı arasında 68-ci yeri tutub. 1/32 finala yüksələn Aidə Ələsgərova tunisli Azza Bəsbəsə 6:15 hesabı ilə uduzaraq yarışı 53-cü pillədə başa vurub. Bu mərhələdə qazaxıstanlı Yuliya Jivitsaya məğlub olan (8:15) Sevil Bünyatova 39-cu olub. Yarışın birinci günündə isə Yusif Budaqov 54-cü yeri tutub. Çempionatda, həmçinin Elmira Xudaverdiyeva, Namiq Ağakərimov və Murad Əliyev çıxış edəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0